Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətdə Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:
"Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiyadan xahiş etmişik"
N.Əzizov Azərbaycan Rusiya tərəfinin daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid etdiyini vurğulayıb.