AZ

"Qarabağ" Avstriyaya yollandı

"Qarabağ" yay təlim-məşq toplanışının 2-ci hissəsi üçün Avstriyaya yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq oyununa çıxacaq.

İyulun 7-də keçiriləcək ilk matçda rəqib Ukrayna “Metallist”i (Xarkov) olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də toplanışın son matçında isə rəqib “Zaltsburq” (Avstriya) olacaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Oyunların 4-ü də "Kaprun" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Seçilən
2
50
operativmedia.az

10Mənbələr