AZ

Ayxan Abbasov israr edir, Riad Rəfiyev razı olmur

“Şamaxı” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubunun baş məşqçi Ayxan Abbasov gözününü “Sumqayıt”ın oyunçusu Nihad Əhmədzadəyə dikib. Təcrübəli mütəxəssis bir müddətdir “kimyaçılar”dan gənc futbolçunu istəyir.

Daha öncə Sumqayıt təmsilçisi Abbasovun istəyini geri çevirmişdi. Klub rəhbəri Riad Rəfiyev Əhmədzadəni komandadan buraxmaq istəmir.

Ancaq “Şamaxı” klubu U-21 millimizin üzvü üçün “kimyaçılar”a daha bir müraciət göndərib. Abbasov oyunçunun icarəyə götürləməsini istəyir.

19 yaşlı yarımmüdafiəçi Ayxan Abbasovun komandasın olmağa müsbət yanaşır.  O, “Şamaxı”da daha çox forma şansı qazanacağına inanır. 

Nihadın “şirlər”ə keçidi Riad Rəfiyevdən asılıdır. Klub rəhbəri yaxın günlərdə futbolçu ilə bağlı yekun qərarını verəcək.

 

Seçilən
76
12
idmanxeber.az

7Mənbələr