“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov yenidən legioner həyatı yaşayacaq.
26 yaşlı müdafiəçi karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcək.
“Neftçi”nin yetirməsi “Stellenbos” ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti 3 ildir.
Tərəflər arasında razılaşmaya əsasən, kontrakt daha 2 il uzadıla bilər.
“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub.
Bu klubla sövdələşmə Turanın qiymətini xeyli qaldırıb. İndi məşhur “transfermarkt” saytı onun dəyərini 500 min avro olaraq göstərir.
SPORTİNFO.AZ