UEFA Çempionlar Liqasına hazırlaşan "Qarabağ" bu gün Avstriyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Mərkəzi Avropada 2 həftə təlim-məşq toplanışında olacaq.
Bu müddət ərzində 3 yoxlamaq matçı keçiriləcək. İyulun 7-də "Metallist-1925", 11-də "Tvente", bundan 4 gün sonra isə "Zalsburq"a qarşı görüşlər baş tutacaq.
"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 23-də "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə səfərdə görüşəcək.