AZ

Bu ölkədə niqab rəsmən qadağan edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qadınların ictimai yerlərdə üz örtüyü taxmasını qadağan edən qanun layihəsini imzalayıb.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra ictimai yerlərdə üz örtüyü taxmağa icazə verilməyəcək.

Bildirilir ki, üzü örtən örtüklər hüquq-mühafizə orqanlarına şəxsləri müəyyən etməyi çətinləşdirir və ictimai təhlükəsizliyi təhlükə altına alır. Bundan əlavə qadağa niqab kimi üzü örtən digər dini geyimlərə də şamil edilir.

Həmidə İbrahimova

Seçilən
40
olke.az

1Mənbələr