AZ

Alman şirkətləri pandemiya böhranından sonra ilk dəfə rekord sayda ixtisar elan edib

Alman şirkətləri 2025-ci ilin birinci yarısında ümumilikdə 37,7 min işçini ixtisar etməyi planlaşdırdıqlarını açıqlayıblar...

Poliqon xəbər verir ki, RİA Novosti bu barədə Avropa Yenidənqurma Monitorunun məlumatlarına əsaslanaraq yazıb.

Bu, koronavirus böhranından sonra ilin ilk altı ayı üçün ən yüksək göstəricidir.

Mütəxəssislər artıq üçüncü ildir ki, belə planların davamlı olaraq artdığını qeyd edirlər. Əgər 2022-ci ilin birinci yarısında Almaniya biznesləri 9,6 minə yaxın insanı ixtisar etmək niyyətində idisə, 2025-ci ilə qədər bu rəqəm təxminən dörd dəfə artaraq 37,7 minə çatıb.

Baxmayaraq ki, 2025-ci il göstəricisi 2020-ci ildəki zirvədən (o zaman 48,1 min nəfərin ixtisar edilməsi nəzərdə tutulurdu) aşağı olsa da, digər böhran dövrləri ilə müqayisə oluna bildiyi üzə çıxıb. Belə ki, qlobal maliyyə böhranının pik dövründə alman şirkətləri 40 min, Avropa borc böhranının kəskin mərhələsində isə 40,8 min nəfəri işdən çıxarmaq planlarını açıqlayıb.

2025-ci ilin birinci yarısında ixtisarların əsas zərbəsi sənaye sektoruna dəydi. 28 sənaye şirkəti 20,7 min iş yerini ixtisar etmək niyyətində olduğunu açıqlayıb. Onların arasında məşhur "Porsche" və "Audi" konserni də daxil olmaqla avtomobil sənayesinin təchizatçıları və ya birbaşa avtomobil istehsalçıları olan doqquz müəssisə var.

Logistika (iki şirkət 8,2 min nəfəri ixtisar etməyi planlaşdırır) və ticarət sektorunda da (doqquz təşkilat 4,5 min işçini ixtisar etmək niyyətindədir) əhəmiyyətli ixtisarların olacağı gözlənilir. Bir böyük bank 3,3 min nəfəri işdən çıxarmaq planlarını açıqladı. Bundan əlavə, səhiyyə, enerji, tikinti və media sektorları ümumilikdə min nəfərə yaxın ixtisara məruz qalıb.

Poliqon.info

Seçilən
24
42
poliqon.info

10Mənbələr