AZ

AZAL təyyarəsinin qəzası ilə bağlı ekspertiza nəticələri yaxın günlərdə açıqlanacaq

25 dekabr 2024-cü ildə AZAL-ın Bakı-Qroznı reysi üzrə uçan təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı aparılan ekspertiza yaxın günlərdə başa çatacaq. Olaylar.az xəbər verir ki,   bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Qazaxıstanda müvafiq ekspertizalar keçirilib, əməkdaşlar Qazaxıstana ezam olunub. Qeyd edək ki, qəza nəticəsində 67 nəfərdən 29-u sağ qalıb, hadisənin səbəbi kimi təyyarənin yerüstü atəşə tuş gəlməsi göstərilir. Təyyarə heyətinin bir neçə üzvü ölümündən sonra Milli Qəhrəman adına, digərləri isə "Rəşadət" ordeninə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr