Metbuat.az xəbər verir ki, “Qalatasaray” "Bavariya"nın futbolçusunun xidmətində maraqlıdır. İddialara görə, “Qalatasaray” Kinqsli Komanı transfer etmək istəyir. Kinqsli Komanın da “Bavariya”dan ayrılmağa üstünlük verə biləcəyi barədə iddialar dərc edilib. Həmçinin Türkiyə nəhənginin "Bavariya"nın futbolçusu Saşa Boeyin də xidmətində maraqlı olduğu irəli sürülür. Saşa Boeyin “Bavariya”da qalmağa üstünlük verdiyi iddia edilir. Qeyd edək ki, “İnter” klubunun Barış Alper Yılmazı transfer etmək istədiyi barədə iddialar dərc edilib. “Qalatasaray”ın futbolçu üçün 35 milyon avro tələb etdiyi qeyd edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta