AZ

USAID-in binası ABŞ-nin bu qurumuna verilir

Ağ Ev administrasiyası Federal Təhqiqatlar Bürosunun (FTB) qərargahını ölkə paytaxtından kənara köçürmək planlarından imtina edib.

Musavat.com xəbər verir ki, məlumatı “The Washington Post” yayıb.

Federal hökumətin əsas funksiyalarını idarə edən və dəstəkləyən ABŞ Ümumi Xidmətlər Administrasiyasının (GSA) bəyanatına əsasən, FTB-nin qərargahı paytaxtdakı Ronald Reyqan binasına köçürüləcək. Son vaxtlara qədər bu binada faktiki olaraq ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yerləşirdi, ölkənin Gömrük və Sərhəd Mühafizəsi Xidməti isə hələ də oradadır.

Beləliklə, Donald Tramp administrasiyası FTB-nin qərargahını Merilend ştatında Vaşinqtonun ətrafına köçürmək barədə əvvəlki planlarından imtina edib. GSA-nın bəyanatında vurğulanır ki, FTB-nin ehtiyacları üçün paytaxtdan kənarda yeni kompleksin tikintisi bir neçə il davam edəcək və vergi ödəyicilərinə “milyardlarla dollara” başa gələcəkdi. Sənəddə kəşfiyyat idarəsinin qərargahının köçürülməsi üçün vaxt çərçivəsi nəzərdə tutulmur.

FTB-nin hazırkı qərargahı 1975-ci ildə tikilmiş və 1924-1972-ci illərdə bu vəzifədə çalışmış kəşfiyyat agentliyinin keçmiş direktorunun adını daşıyan C.Edqar Huver binasında yerləşir. The Wall Street Journal-ın 2023-cü ildə yaydığı məlumata görə, bina “uçulmaq üzrədir və getdikcə böyüyən agentliyin artan ehtiyaclarını ödəyə bilmir”. Binanın tam təmiri, medianın hesablamalarına görə, 1,7 milyard dollara başa gələ və 14 il çəkə bilər.

Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr