AZ

Mask bu dəfə təriflədi: Trampın haqqını vermək lazımdır!

Dünyanın ən varlı adamı və son vaxtlara qədər ABŞ prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən biri olan İlon Mask son yazısında Trampla aralarındakı gərginliyə baxmayaraq, “Trampın haqqını verməliyik” deyib.

Turkustan.az xəbər verir ki, Trampın İsrailin Qəzzada 60 günlük atəşkəs rejimini qəbul etdiyini elan edən paylaşımına istinadən Mask: "ABŞ prezidenti Tramp onun şərəfinə dünyada bir çox ciddi münaqişələri uğurla həll etdi" dedi.

Bildirək ki, ABŞ prezidenti Tramp və Mask arasında “vergilərin azaldılması qanun layihəsi” ilə bağlı fikir ayrılığı yaranıb. ABŞ Senatı prezident Donald Trampın seçki kampaniyası zamanı vəd etdiyi vergi endirimlərini həyata keçirmək məqsədi daşıyan qanun layihəsini dünən axşam qəbul edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
1
turkustan.az

10Mənbələr