AZ

Aleksey Kaşuk “Qarabağ”dan gedir?

“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər.

Msport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.

25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır. Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.

Qeyd edək ki, “Qarabağ”a ötən mövsümün əvvəlində Donetsk “Şaxtyor”undan keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Seçilən
35
4
msport.az

3Mənbələr