AZ

Bəzi qadınlar üçün pensiya yaşının azaldılması təklif edilir

İyulun 1-dən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırıldı. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər kimi 65 il olacaq.

Valyuta.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov qadınlarla kişilərin pensiya yaşının fərqləndirilməsi və pensiya yaşının müəyyənləşdirilməsi zamanı yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərinin istifadə olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Vüqar Bayramov bildirib ki, bir sıra qonşu ölkələr kimi, Azərbaycanda da bu praktikanın tətbiq edilməsi, nəticə etibarilə pensiya yaşına az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması, onların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir.

Seçilən
16
13
valyuta.az

10Mənbələr