AZ

İran Hörmüz boğazını minalamaq istəyirmiş | VİDEO

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “Reuters” agentliyinin yaydığı məlumata əsasən,İran hərbçiləri iyun ayında Fars körfəzində gəmilərə mina yükləyib, lakin onlar heç vaxt quraşdırılmayıb. Onların sonradan zərərsizləşdirilib- zərərsizləşdirildiyi məlum deyil.

“ABŞ hökuməti İranın hərəkətlərinin AmerikanıTehranın boğazı bağlamaq üzrə ciddi niyyətlərinə inandırmaq üçün bir hiylə olduğunu istisna etmir”, - mənbələr bildiriblər.

Lakin onlar Vaşinqtonun minaların mövcudluğunu necə müəyyənləşdirdiyini açıqlamayıblar.

“Reuters”, öz növbəsində,vurğulayıb ki, bu cür kəşfiyyat məlumatları adətən peyk görüntüləri, gizli agentlər və ya bu üsulların kombinasiyasından istifadə olunmaqla toplanır.

ABŞ-nin Müdafiə nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Hörmüz boğazını bağlamayacağını bildirmişdi.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
27
50
azvision.az

10Mənbələr