AZ

Zahid Oruc: Yekaterinburqda Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görünür

Yekaterinburqda Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görünür.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, iyunun 27-dən başlayaraq Azərbaycanın bütün hakimiyyət orqanları, eləcə də hüquq-mühafizə sistemi, həmçinin kütləvi informasiya xalqın ümumi rəyini ifadə edir:

"Azərbaycan Rusiyanın bir şəhərində başlayan, hər hansı regional qurumun qərarını deyil, daha çox Kremlin dəst-xəttini xatırladan despotizm, vandallıq, terror, güc tətbiqi ilə məhz milli, etnik və dini əlamətinə görə kütləvi cəzalandırma əməliyyatlarına qarşı müqavimət göstərir. Azərbaycan dövlətinin bütün strukturları həmin gücü tətbiq edənlərin iradəsini qırmaq üçün səfərbər olublar. Azərbaycan tərəfinin haqlı notasının, Baş Prokurorluq tərəfindən açılan cinayət işlərinin bundan sonrakı dönəmdə də Rusiya-Azərbaycan münasibətlərində çox ağır imtahanlara dövlətimiz tərəfindən hazırlıqların görüldüyünü deməyə əsas verir".

Z.Oruc həmçinin diaspor rəhbəri, sahibkarların, xüsusilə də böyük imkanlara malik olan azərbaycanlılara qarşı aparılan əməliyyatlara diqqət çəkib:

"Yekaterinburqda yeni Xocalı əməliyyatları aparan və Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görürük. Düşünürəm ki, xüsusilə də Vətən müharibəsində Rusiya əsgərini qarşımızda görməməyi müəyyən qədər ənənəvi Pyotr siyasətindən kənara çıxmaq kimi dəyərləndirirdik. Rusiyanın loyallığını, müəyyən qədər neytrallığını, həm də Azərbaycan dövlətinin, xüsusilə bölgədə Moskva əleyhinə hər hansı beynəlxalq sövdələşmələrə getməməyini, regionda təhlükəsizlik arxitekturalarını qurarkən bölgə dövlətlərinin maraqlarına zərbə vurmamaq xəttinin daha çox nəticəsi olaraq qiymətləndirirdik.

Seçilən
22
10
aznews.az

6Mənbələr