AZ

Süveyş kanalında gəmi batıb – ölənlər və itkinlər var

Misirin Şərqində yerləşən Süveyş kanalında "Adam Marine 12" adlı qazma gəmisi aşıb.

BAKU.WS xəbəe verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.

Gəminin "Offshore Shukheir Oil Company"yə (OSOCO) məxsus olduğu və Cəbəl Zeyt bölgəsində çevrildiyi bildirilir.

Məlumata görə, Neft və Faydalı Qazıntılar naziri Kərim Bedev və Əmək naziri Məhəmməd Cubran hadisə yerinə yollanıblar. 

Məlumata görə axtarış-xilasetmə işləri davam edir. Qeyd olunur ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər xilas edilib. Daha 21 nəfərin axtarışları aparılır.

Bəzi yerli KİV-lər isə ölənlərin sayının 4 olduğunu yazıb. Hadisənin Eşrəfiyyə platforması yaxınlığında, gəminin yeni qazma sahəsinə aparıldığı zaman baş verdiyi qeyd edilir.

Seçilən
41
33
far.az

10Mənbələr