Silvio Berluskoninin ailə holdinqi "Fininvest" "Monza"nı Amerikanın "Beckett Layne Ventures" fonduna satıb.
Operativ Media xəbər verir ki, bu haqda"Gazzetta dello sport" məlumat yayıb.
Sövdələşmə bu ilin yayına qədər səhmlərin 80%-nin ilkin transferini, qalan 20%-nin isə 2026-cı ilin iyun ayına kimi təhvil verilməsini nəzərdə tutur.
Məlumatına görə, müqavilənin dəyəri təxminən 30 milyon avro olacaq.
2024/25 mövsümünün sonunda "Monza" A Seriyasını sonuncu yerdə tamamladı və B Seriyasına düşdü.
Berluskoni 1986-2017-ci illərdə də "Milan"ın sahibi olub.