AZ

Dünyanın ən güclü smartfonlarının reytinqi açıqlandı

AnTuTu adlı məşhur bençmark platforması iyun ayı üzrə ən güclü on Android smartfonunun reytinqini açıqlayıb.

Bizim.Media xəbər verir ki, reytinqin birinci yerində oyun smartfonu Nubia RedMagic 10S Pro+ qərarlaşıb. Bu cihaz həddindən artıq sürətlə işləyən Snapdragon 8 Elite prosessoru ilə təchiz olunub və AnTuTu testində orta hesabla 2,9 milyon bal toplayıb.

İkinci və üçüncü yerlərdə Vivo X200 Ultra və Oppo Find X8 Ultra Satellite Edition gəlir – hər ikisi Snapdragon 8 Elite çipindən istifadə edir və 2,88 milyon bal toplayıb.

İyul reytinqinin ilk onluğu belədir:

1. Nubia RedMagic 10S Pro+ — 2,9 milyon bal (Snapdragon 8 Elite – overclock versiyası)
2. Vivo X200 Ultra — 2,88 milyon bal (Snapdragon 8 Elite)
3. Oppo Find X8 Ultra Satellite Edition — 2,88 milyon bal (Snapdragon 8 Elite)
4. Vivo X200s — 2,87 milyon bal (MediaTek Dimensity 9400+)
5. iQOO Neo10 Pro+ — 2,86 milyon bal (Snapdragon 8 Elite)
6. Honor GT Pro — 2,84 milyon bal (Snapdragon 8 Elite – overclock versiyası)
7. OnePlus Ace 5 Pro — 2,72 milyon bal (Snapdragon 8 Elite)
8. OnePlus 13 — 2,71 milyon bal (Snapdragon 8 Elite)
9. iQOO 13 — 2,70 milyon bal (Snapdragon 8 Elite)
10. Redmi K80 Ultra — 2,66 milyon bal (MediaTek Dimensity 9400+)

Qeyd olunur ki, bu siyahıya əsasən Çin bazarına çıxarılan modellər daxildir. Onların bəziləri qlobal bazarda da mövcuddur, lakin beynəlxalq reytinq fərqli görünə bilər.

Bizim.Media

Seçilən
4
6
bizim.media

6Mənbələr