AZ

Okeanın altından keçən ən dərin tunel Norveç şəhərlərini birləşdirəcək - FOTO

Britaniyanın Mirror nəşrinin yazdığına görə, Norveçdə dünyanın ən dərin okeanalti tuneli inşa edilir.

Bizim.Media xəbər verir ki, bu nəhəng mühəndis layihəsi təxminən 400 metr dərinlikdə və 26 kilometr uzunluğunda olacaq.
 

Rogfast adlanan tunelin tikintisinə 2018-ci ildə başlanılıb və növbəti 9 il ərzində davam edəcək. Tunel Stavanger və Bergen şəhərlərini birləşdirəcək. Hazırda bu şəhərlər arasında birbaşa yol yoxdur, səyyahlar saatlarla dolanbac yollardan keçməli və bir neçə bərə dəyişməlidirlər.



Tunel istifadəyə verildikdən sonra bu məsafəni təxminən 35 dəqiqəyə qət etmək mümkün olacaq (orta sürət – 50 km/saat). Bu, həm vaxt itkisini, həm də logistik xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

Layihənin detalları:

Dəyəri: 1,69 milyarddan 2,03 milyard avroya qədər.

Təyinatı: Norveçin qərb sahilini birləşdirmək üzrə milli təşəbbüsün bir hissəsidir.

Əhəmiyyəti: Neft yataqları və dəniz məhsullarının hasilatı ilə məşğul olunan iqtisadi zonada yerləşir.

İstifadə haqqı: Tuneldən istifadə pullu olacaq – sürücülərdən hər səfərə görə təxminən 53 avro ödəniş alınacaq.

Gözlənilən yük: Gündəlik təxminən 6000 avtomobilin keçidi proqnozlaşdırılır.


Toplanan vəsait tunelin istismar və texniki xidmət xərclərinə yönəldiləcək. Bu, həm də dünyanın ən çətin mühəndis layihələrindən biri hesab olunur.



Bizim.Media

Seçilən
10
50
bizim.media

10Mənbələr