AZ

DGK Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalının 275 minlik tenderi baş tutmadı

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən İnformasiya texnologiyaları avadanlıqlarının alınması ilə əlaqədar elan edilən tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin dəyəri 275 335 AZN olub.

 

Cabir

Tarix: 2 İyul 2025, 08:45   
Seçilən
28
11
pravda.az

10Mənbələr