AZ

Bakıda saxlanılan Rusiya vətəndaşlarının barəsində həbs qətimkan tədbiri seçilibYENİLƏNİB

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.

Xezerxeber.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə saxlanılan şəxslərin hər biri  barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.

21:41

İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət  iki mütəşəkkil cinayətkar dəstənin üzvləri Səbail Rayon Məhkəməsinə aparılıb.

Xezerxeber.az xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.

Seçilən
26
11
xezerxeber.az

10Mənbələr