AZ

Bərdədə arvadını bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadının bıçaqlamaqda təqsirləndirilən İsbəndiyar Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib. 

 

İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan İsbəndiyar Fətəliyev müvəqqəti kirayədə yaşadığı ünvanda həyat yoldaşı A.Süleymanova ilə aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman qadın onu təhqir edib. Bundan əsəbiləşən İsbəndiyar üzərində gəzdirdiyi bıçaqla arvadına ümumilikdə 4 zərbə endirərək, ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra İsbəndiyar Fətəliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

 

Tarix: 2 İyul 2025, 08:21   
Seçilən
36
50
pravda.az

10Mənbələr