AZ

Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb

“Sputnik Azərbaycan” informasiya agentliyinin saxlanılmış rəhbərləri – direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun adları Ukraynanın “Mirotvorets” (Sülhməramlı) bazasına daxil edilib. Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Ukrayna tərəfi onların adlarını “qara siyahı”ya Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təbliğat fəaliyyəti apardıqları üçün əlavə edib.

Kartavıx və Belousov barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilib. Onlar külli miqdarda ziyanla dələduzluq, mütəşəkkil dəstə halında qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması ittihamları ilə üzləşiblər.

Seçilən
10
anews.az

1Mənbələr