AZ

ABŞ-nin maliyyə naziri: FED faiz dərəcəsini azalda bilər

BAKI, 2 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) sentyabr ayına qədər baza faiz dərəcəsini azalda bilər.

Teleqraf xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib.

"Düşünürəm ki, burada meyar gömrük rüsumlarının inflyasiyanı təhrik etməməsidir. Əgər onlar bu meyardan çıxış etməyi planlaşdırırlarsa, düşünürəm ki, bunu daha tez, sentyabra qədər də edə bilərlər", - o, “Fox News” telekanalının efirində bildirib.

Xatırladaq ki, FED 18 iyunda faiz dərəcəsini 4,25-4,5% səviyyəsində dəyişməz olaraq saxlamaq qərarına gəlib. Bu isə daim faiz dərəcəsinin azaldılmasına çağırış edən ABŞ Prezidenti Donald Trampın qəzəbinə səbəb olub. O, maliyyə tənzimləyicisinin ABŞ hökumətinin kredit xərclərinin yüksək səviyyədə qalması üçün qəsdən faiz dərəcəsini azaltmadığını iddia edib.

Seçilən
35
35
teleqraf.com

10Mənbələr