News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.
Süveyş körfəzində dənizdə "Adam Marine 12" adlı qazma platforması batıb.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Misirin “Al Masry Al Youm” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər itkin düşüb.
İnsident Qırmızı dənizin şimalındakı Qebel əz-Zeyt bölgəsində, qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.
Son məlumata görə, 21 ekipaj üzvü xilas edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.