AZ

Özbəkistan Prezidenti Azərbaycana gəlir -SABAH

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Səfər proqramına uyğun olaraq, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək.

 

Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin əməkdaşlığın prioritet istiqamətlərində mübadilələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

 

Özbəkistan Prezidenti iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Seçilən
1
2
senzor.az

3Mənbələr