AZ

Yeni mövsümdə “El-Klasiko”ların vaxtı açıqlandı

İspaniya La Liqasında 2025/2026 mövsümün təqvimi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ilk tur avqustun 17-də start götürəcək.

Son çempion “Barselona” ilk qarşılaşmada “Malyorka”nın qonağı olacaq. İspan nəhəngi “Real” mövsümə “Osasuna” ilə Madriddə start verəcək.

Əzəli rəqiblər “Barselona” və “Real” arasında mövsümün ilk “El-Klasiko”su 10-cu turda oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-cü tur çərçivəsində mayın 10-da baş tutacaq.

Seçilən
32
8
qafqazinfo.az

10Mənbələr