AZ

ABŞ İsraillə anlaşdı

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail Qəzzada 60 günlük atəşkəsə imkan verəcək şərtlərlə razılaşıb". SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"dakı hesabında yazıb. "Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə DAHA DA PİS OLACAQ. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!", - ABŞ lideri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
sia.az

10Mənbələr