Bakivaxti saytına istinadən ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski briqada komandiri Sergey Zaxareviçin Rusiya ilə müharibədə həlak olduğunu təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində 10-cu mexanikləşdirilmiş briqadanın komandiri Zaxareviç və onun bölməsinin bir neçə əsgəri həlak olub.
Zaxareviç bu ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin 110-cu ayrı-ayrı mexanikləşdirilmiş briqadasının komandiri təyin edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.