Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada dünyasını dəyişib
Musavat.com xəbər verir ki, Sumqayıtda 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova əri tərəfindən bıçaqlanıb. Hadisə Səməd Vurğun küçəsində baş verib.
Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.//APA