Musavat.com xəbər verir ki, TV Müsavat-ın “SƏHƏR XƏBƏR” proqramında aparıcı Sevinc Telmanqızı gündəmin əsas mövzularından biri olan Rusiyada baş vermiş insidentə toxunub.
Verilişdə bildirilib ki, Sverdlovsk vilayətində “Kрив ТВ” kanalının əməkdaşı Aleksey Kuznetsov “Nar Şərab” restoranında çalışan Telli adlı xanıma hücum edib.
Restoran bağlı olduğu halda çəkiliş aparmağa cəhd edən jurnalist və yanındakılar qarşı tərəfin xəbərdarlığına aqressiv reaksiya veriblər. Aleksey Kuznetsovun qadını yerə yıxaraq sürüməyə çalışdığı hadisə təhlükəsizlik kameralarına düşüb. Hadisə Rusiya Milli Qvardiyası əməkdaşlarının gözü qarşısında baş verib.
Sevinc Telmanqızı efirdə bu hadisəni kəskin tənqid edib.