Bakı. Trend:
İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziriİsrail Kats "Ənsar Allah" hərəkatının husi üsyançılarının növbətiraket hücumundan sonra "X" sosial şəbəkəsində yazıb.
"Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanınquyruğunu vuracağıq. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək",- deyə o bildirib.
Kats vurğulayıb ki, İsrail İranla necə davranırsa, Yəmənlə dəeyni şəkildə davranmaq niyyətindədir.