AZ

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu atasının saxlanılmasından danışıb - Yenilənib

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”...

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”

APA xəbər verir ki, bunu polis tərəfindən saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski deyib.

Onun sözlərinə görə, onlar “Baku Plaza” otelinə yaxınlaşarkən hüquq mühafizə orqanlarının əməkdaşları yolu kəsib və onların olduğu avtomobilin şüşələrini sındırmağa başlayıb.

"Düşünürəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və arxaya çəkildim. Sonra bizi avtomobildən çıxardılar. Hər ikimizin vəkili olduğumuzu izah etməyə, niyə saxlandığımızı izah etməyə çalışdım. Cavabında mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni sərbəst buraxdılar, atamı isə Sverdlovski vilayətinin İstintaq Komitəsinə apardılar. Hansı əsasla şahidi Rusiyanın İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəldiklərini anlamıram. Bu, bizə qarşı qanunsuz hərəkətlərdir. Atamın hansı xəsarətlər aldığını bilmirəm.", - o deyib.

Onun sözlərinə görə, Şahin Şıxlinskinin statusu dəyişməyib və o, hələ də Yunis Paşayev (2001) və İkram Hacıyevin (2011) qətli işi üzrə şahiddir.

Qeyd edək ki, daha əvvəl məhz bu iş üzrə aparılan reydlər zamanı Səfərov qardaşları dünyasını dəyişib.

***

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.

APA xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

***

Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb.

Musavat.com-un məlumatına görə, Şahin Şıxlinski Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisənin detalları və səbəbləri hələ açıqlanmayıb. Məlumat dəqiqləşdirilir.

Poliqon.info

Seçilən
12
11
poliqon.info

8Mənbələr