AZ

Kərkükə raket hücumu

İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına 3 raketin düşdüyü, hadisə nəticəsində 1 nəfərin yaralandığı bildirilib.

Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasından verilən yazılı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində hava limanına mənşəyi məlum olmayan 3 raket düşüb.

Raketlərdən ikisi hava limanının hərbi ərazisinə, biri isə mülki əraziyə düşüb. Mülki ərazini vuran raket isə otluq ərazidə yanğına səbəb olub.

Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb. Hava limanının uçuş-enmə zolağına və digər obyektlərinə heç bir ziyan dəyməyib.

Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəyən mənbə bildirib ki, raket Kərkükün Urube rayonuna düşüb.

Mənbə raketin məhəllədəki bir evin damına düşdüyünü və hadisə nəticəsində evə ziyan dəydiyini, hadisədə insan itkisinin olmadığını bildirib.

Seçilən
27
1
vaxt.az

2Mənbələr