Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
***
22:23
Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.