AZ

“Turan Tovuz” da yeni mövsümün hazırlığına başladı

"Turan Tovuz" yeni mövsümün hazırlıqlarına start verib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi toplanışın ilk hissəsini Hünər təlim-məşq bazasında keçirir.

"Turan Tovuz" iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Seçilən
6
30
football-plus.az

10Mənbələr