AZ

ABŞ-də ştatların süni intellekt üzərində nəzarəti dayandırıla bilər

ABŞ Senatında irəli sürülən qanun layihəsi ştat və yerli hökumətlərin süni intellekt (AI) texnologiyalarını beş il müddətinə tənzimləməsini qadağan edə bilər.

Valyuta.az xəbər verir ki, təklif respublikaçı senator Ted Cruz və müttəfiqləri tərəfindən hazırlanıb və büdcə layihəsinə əlavə edilib. Tərəfdarları – OpenAI-nin CEO-su Sam Altman, Anduril-dən Palmer Luckey və a16z-dən Marc Andreessen bu moratoriumun texnoloji innovasiyanı qoruyacağını bildirirlər.

Tənqidçilər isə – Demokratlar bəzi respublikaçılar, Anthropic-in rəhbəri Dario Amodei, vətəndaş cəmiyyəti qurumları və istehlakçı hüquqları təşkilatları moratoriumun texnologiya şirkətlərini nəzarətsiz buraxacağını və insan hüquqlarını zəiflədəcəyini deyirlər. Qanun Kaliforniya və Tennessi kimi ştatlarda artıq qəbul olunmuş AI qanunlarını da qüvvədən sala bilər.

Yeni redaktəyə əsasən, uşaq təhlükəsizliyi və şəxsi hüquqlarla bağlı bəzi istisnalar nəzərdə tutulur. Lakin bu istisnaların “AI sistemlərinə həddindən artıq yük yaratmaması” tələb olunur – bu isə hüquqi qeyri-müəyyənlik yaradır.

Təklifin büdcə sənədinə daxil edilməsi üçün senator Cruz moratoruma əməl olunmasını genişzolaqlı internet layihələri üçün ayrılan federal maliyyənin verilməsi ilə şərtləndirib. Bu isə tənqidçilərə görə ştatları süni intellekt təhlükələrindən qoruma və infrastruktur arasında seçimə məcbur edir.

Sərvanə Rəmixanova

Seçilən
46
50
valyuta.az

10Mənbələr