Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, Rusiya vətəndaşları olan şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmçinin verilən məlumata görə, sözügedən etno-kriminal qruplaşmanın qanunsuz əməlləri polis tərəfindən uzun zamandır izlənilirdi.
Bu arada Daxili İşlər Nazirliyinin ötən gün "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılan 7 nəfərdən 2-si həbs edilib. "Sputnik Azərbaycan"in icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Digər 5 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev həmin ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb və "Bakının hərəkətlərinə görə etiraz bildirilib". Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, rusiyalı jurnalistlərin "dərhal azad edilməsi tələbi ilə" səfirə şifahi nota təqdim edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Rusiya tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.