AZ

Avro dollar və manat qarşısında xeyli bahalaşıbVİDEO

Avro son dörd ilin pik nöqtəsinə çataraq dollar və manat qarşısında xeyli güclənib. Avronun məzənnəsi bu gün üçün 2 manatı keçib.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçılar avronun bahalaşmasının kökündə bir neçə səbəbin olduğunu deyirlər.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, ötən 6 ay ərzində avronun məzənnəsi 15 faizdən artıq möhkəmlənib. Bu möhkəmlənməni şərtləndirən isə son bir neçə ay ərzində qlobal iqtisadi və siyasi mühitdə müşahidə olunan tendensiyalardır.

Rəşad Həsənov bildirir ki, bu prosesin təsirləri Azərbaycana əsasən xarici ticarətdə müşahidə olunacaq. Ötən ilin statistikası göstərir ki, ölkənin Avropa Birliyi ilə ticarət əlaqələri ümumi xarici ticarətin 41 faizini təşkil edir. İxracda isə bu, 63 faizə qədər artır.

Ekspertlər bildirir ki, Avronun məzənnəsinin ilin sonuna qədər möhkəmlənməkdə davam edəcəyi gözlənilir. Amma yaxın gələcəkdə avronun məzənnəsində müəyyən yumşalma siyasəti də müşahidə edilə bilər. Ümumiyyətlə isə, gələcəkdə də avronun manat qarşısında bahlaşıb-bahalaşmayacağı dollar-avro məzənnəsindəki dəyişikliklərdən asılı olacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
48
5
xezerxeber.az

9Mənbələr