AZ

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.

Axar.az apa-ya istinadən xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.

Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

Seçilən
19
7
sherg.az

2Mənbələr