AZ

“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi bütün rəqiblər müəyyənləşdi

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Klubdan Milli.Az-a verilən məlumata görə, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukraynanın "Metallist" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Dörd gün sonra Ağdam təmsilçisi "Tvente" ilə iki görüşə çıxacaq. Niderland klubu ilə oyunlar saat 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı Avstriyanın "Zalsburq" kollektivinə qarşı olacaq. Görüş saat 18:00-da başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda olacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.

 

Milli.Az

Seçilən
10
29
milli.az

10Mənbələr