AZ

Özbəkistan Prezidenti sabah Azərbaycana gəlir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək.

Bu barədə Publika.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, Özbəkistan lideri həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.

Seçilən
7
2
publika.az

10Mənbələr