Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti X hesabında paylaşım edib.
O, Azərbaycandan Ukraynaya göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı təhdidlərinə qarşı Ukraynanın dəstəyini ifadə edib.