AZ

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib (FOTO)

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərində görkəmli heykəltəraş, UkraynanınXalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovunxatirə lövhəsinin təntənəli açılışı olub.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Xarkov şəhərinin meri İqor Terexov,Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizaynvə Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, UkraynanınXalq rəssamları Viktor Kovtun və Katib Məmmədov, “Dostluq”cəmiyyətinin sədri Murad Ömərov, sənətçinin yaxınları, həmkarlarıvə tələbələri iştirak ediblər.

Xatirə lövhəsi Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədriMurad Ömərovun təşəbbüsü ilə ustadın uzun illər dərs dediyi,biliklərini yeni heykəltəraş nəsillərinə ötürdüyü Xarkov DövlətDizayn və İncəsənət Akademiyasının binalarından birindəqoyulub.

“Şəhərimizi bəzəyən çoxsaylı əsər Seyfəddin Qurbanovunxidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovunabidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əslinciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. O,burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxluheykəltəraş tələbələri var. Seyfəddin Qurbanovun xatirəsi bizimqəlbimizdə əbədi olaraq yaşayacaq”,- deyə Mer İqor Terexovbildirib.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsininəbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, RəssamlıqAkademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətininsədri Murad Ömərova minnətdarlığını bildirib. Əfqan Salmanovheykəltəraşın yaradıcılığının mədəniyyətləri və xalqlarıbirləşdirən sənət və ilham mənbəyi olduğunu deyib.

Məlumat üçün qeyd edək ki, Seyfəddin Qurbanov Xarkovda yaşayıbvə fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanınyox, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltəraş İrpendəZərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın,Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonunhekayələrinin, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir.Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinəçevrilib.

Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş
Seçilən
7
5
az.trend.az

5Mənbələr