“Fənərbağça” ilə anlaşan Kolumbiya millisinin futbolçusu Con Duran İstanbula gəlib.
Msport.az xəbər verir ki, 21 yaşlı hücumçunu hava limanında klub rəhbərliyi və azarkeşlər qarşılayıblar.
Müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsus olan forvard tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, “Fənərbağça”nın Con Duranı 1 və ya 2 illik icarəyə götürəcəyi gözlənilir.