İran xarici işlər naziri Abbas Araqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığı aparıb.
APA “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Araqçi Amerika və İsrailin İrana hücumlarını qınayaraq, bu ölkələrin rəsmi olaraq təcavüzkar kimi tanınması və təzminat ödəməsi üçün rəsmi Tehranın tədbirlər gördüyünü bildirib.
O, Ermənistana münaqişə dövründə İran vətəndaşlarına konsulluq xidmətlərinin göstərildiyinə görə təşəkkür edib.
Mirzoyan Amerika və israilin İrana hücumlarını tənqid edib və münaqişənin dayandırılmasını alqışlayıb.