Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin dirketor müavini Dmitri Masyuk belə deyib. “Biz Bakı ilə münasibətlərimizdə çat yaratmaq üçün müəyyən qüvvələrin fəal səylərini görürük. Ötən ilin dekabrında AZAL-ın təyyarə qəzası ilə bağlı itihamlar səslənir və bu, xüsusən də Bakıdakı Rus Evinin bağlanması ilə nəticələndi”, - rusiyalı diplomat bildirib. O, əmin edir ki, Rusiya tərəfi “münasibətlərə dəyən zərəri neytrallaşdırmaq üçün öz prinsipial yanaşmalarını ardıcıl olaraq Azərbaycana çatdırır”. Masyuk, həmçinin Qərb ölkələrini Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən çıxarmağa çalışmaqda və tərəfləri “tələsik sülh sazişi” bağlamağa məcbur etməkdə günahlandırıb. Çünki, qondarma vasitəçilərin bu cür birtərəfli və səthi yanaşması məsələyə kömək etmir. Onun iddiasına görə, bu məsələdə Moskva mübət mənada fərqli mövqe sərgiləyir. - Biz Bakı və İrəvanın 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə ikitərəfli sazişlər toplusu əsasında münasibətlərin tamhüquqlu hərtərəfli normallaşdırılmasına yönəlmiş səylərini ardıcıl olaraq dəstəkləyirik. Məhz bu formatda iki ölkə arasında barışıq üçün optimal yol xəritəsi hazırlanıb”, - Rusiya XİN-in nümayəndəsi vurğulayıb. Dmitri Masyuk bildirib ki, Rusiya sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və “bu tarixi sənədin imzalanması” üçün öz plarformasını təklif edir. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.