Bakı, 1 iyul, AZƏRTAC
Polşa iyulun 7-dən Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Polsat televiziya kanalı məlumat yayıb.
“Çərşənbə axşamı səhər saatlarında Polşanın Baş naziri Donald Tusk müdafiə naziri Vladislav Kosinyak-Kamış və sərhəd xidmətinin nümayəndələri ilə görüş keçirib. Görüşdə ölkənin Almaniya və Litva ilə sərhədində müvəqqəti nəzarətin tətbiqi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Sərhəddə müvəqqəti nəzarət qanunsuz miqrasiyaya qarşı mübarizə məqsədilə həyata keçiriləcək.