EN

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını vacib hesab etdiyini bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu fikirləri Rusiya telekanallarında Ermənistanla bağlı səsləndirilən fikirləri şərh edərkən deyib.

 

“Düşünürəm ki, Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsini ciddi şəkildə müzakirəyə başlamalıyıq. Bu, erməni-rus münasibətlərinə zərər vurur”, – deyə Simonyan jurnalistlərə açıqlamasında bildirib. 

 

Onun sözlərinə görə, əgər dövlət telekanalları özlərinə Ermənistanın daxili işlərinə müdaxilə etmək haqqını tanıyırlarsa, bu halda Ermənistan cavab verməlidir:

 

"Biz də cavab verməliyik və heç olmasa bu kanalların bizim cəmiyyətin evlərinə daxil olmasının qarşısını almalıyıq”.

 

Fidan Hacızadə

Sfera.az

Chosen
30
25
sfera.az

10Sources