
Ağ Evin mətbuat katibi Karolin Levit bildirib ki, Prezident Donald Tramp sabah Floridada yerləşən yeni qanunsuz miqrant saxlama mərkəzinin açılış mərasimində iştirak edəcək. Mərkəz Deid-Kollier təlim aeroportunun ərazisində, Everqleyts bataqlıqlarının tam mərkəzində yerləşir və “Alliqatorlu Alkatras” adı ilə tanınmağa başlayıb.Levitin sözlərinə görə, ətrafı təhlükəli vəhşi təbiətlə əhatə olunan bu yer, qaçış cəhdlərini ciddi şəkildə çətinləşdirəcək.Yeni mərkəz 5 minə qədər qanunsuz miqrantın saxlanması, qeydiyyatı və deportasiyası üçün nəzərdə tutulub.Açılış mərasimində Daxili Təhlükəsizlik naziri Kristin Noem, Florida qubernatoru Ron DeSantis, Konqres üzvü Bayron Donalds və digər federal, regional və yerli rəsmilər iştirak edəcəklər.Lakin mərkəzin inşası ekoloqların ciddi etirazına səbəb olub – onlar obyektin ətraf mühit və yerli canlılar üçün təhlükə yaradacağını bildirirlər.
Diqqət Çəkənlər
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO
Ziyəddin və Hüseyn Səfərov qardaşları dəfn edildi